KƏRİM VƏLİYEV MDB İŞTİRAKÇI DÖVLƏTLƏRİN SİLAHLI QÜVVƏLƏRİNİN QƏRARGAH RƏİSLƏRİ KOMİTƏSİNİN İCLASINDA İŞTİRAK EDİB

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev Moskvada keçirilən MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Kərim Vəliyev MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib (FOTO)