KƏLBƏCƏRDƏ YOLLARIN QARDAN TƏMİZLƏNMƏSİ İŞLƏRİ APARILIR

Kəlbəcərdə müxtəlif təyinatlı yolların qardan təmizlənməsi işləri dayanmadan aparılır

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Kəlbəcər rayonunda müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün yolların qardan təmizlənməsi istiqamətində bir an belə fasilə olmadan işlər aparılır.