KƏLBƏCƏRDƏ HƏRBÇİMİZ MİNAYA DÜŞÜB

Ötən gün Kəlbəcərdə hərbçimiz minaya düşüb.

Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Ayxan Camalzadə minaya düşüb. Xəsarət alan Ayxan Camalzadə hospitala yerləşdirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı Trend-ə təsdiqləyiblər.

Bildirilib ki, faktla bağlı Kəlbəcər Hərbi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci maddəsi ilə cinayət işi başlanıb.