Mayın 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təşkilatçılığı ilə Füzulidə “Zəfər yolu”nun və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti işləri ilə yerində tanış olmaq məqsədilə media nümayəndələri səfərə yola düşüblər.
Jurnalistlərə Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşası barədə ətraflı məlumat veriləcək.