Jurnalistlər Qubadlı rayonunun Qəzyan kəndində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hospitalı ilə tanış olublar.
Tibb müəssisəsi hər cür şərait və avadanlıqla təmin olunub. Burada hərbçilərimiz üçün stomatoloji, cərrahiyyə, ultrasəs müayinəsi otağı və digər müxtəlif təyinatlı müalicə və müayinə otaqları yaradılıb.