JOZEP BORREL: AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XİN RƏHBƏRLƏRİNİN GÖRÜŞÜ MƏSƏLƏNİN HƏRTƏRƏFLİ HƏLLİNDƏ MÜHÜM ADDIMDIR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüşü alqışlayıram.
Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tviter hesabında bildirib.
Paylaşımda deyilir: “Bu görüş məsələnin hərtərəfli həlli yolunda mühüm addımdır. Avropa İttifaqı sülhsevər və təhlükəsiz Cənubi Qafqazı bütövlüklə dəstəkləyir. Münasibətlərin normallaşması, sülhün əldə edilməsinə yalnız birbaşa dialoqla nail olmaq mümkündür”.