
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə altı nəfərin namizədliyi irəli sürülüb.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Namizədlərin siyahısı aşağıdakı kimidir:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından:
Cəfərov Həsən Şahhüseyn oğlu – Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, aparat rəhbəri
Azərbaycan Milli Elmlər Akademiyasından:
Kərimli Teymur Həşim oğlu – Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor
Azərbaycan Mətbuat Şurasından:
Həsrət Azər Hacıqulu oğlu – Mətbuat Şurası İdarə Heyətinin üzvü
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq təsdiq edilib.
