
30 avqust – Beynəlxalq İtkin Düşmüş Qurbanlar Günü ilə əlaqədar konfrans keçirilir.
Tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov, Prezident Administrasiyanın sektor müdiri Həbib Mikayıllı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Novruz Aslanov, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı Draqana Koiç, Səhiyyə Nazirliyinin Məhkəmə Məhkəmə-tibbi ekspertiza İdarəsinin rəisi Elnur Nəsibov, Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Ağayev iştirak edirlər.
Qeyd edək ki, tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə keçirilir.