Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı ilə yanaşı, Azərbaycan vətəndaşları doğulduqları yurdlarından didərgin düşmüş, etnik təmizləmə aparılmış, əsir və girov götürülərək uzun müddət ağır işgəncələrə məruz qalıblar.
Bunu Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı brifinqdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri İsmayıl Axundov deyib.
O qeyd edib ki, Ermənistanın humanitar məsələsi və bunun siyasiləşdirilməsi, qeyri-konstruktiv və qeyri-insani münasibətləri, BMT məlum qətnamələrinin icra edilməməsi, Azərbaycanın suveren ərazilərinin xüsusi nəzdində işğalda saxlanılması, itkin düşmüş vətəndaşlarımızın taleyi və aydınlaşdırılmasına imkan verməyib. Beynəlxalq humanitar hüquq normalarında da hər bir itkin ailəsinin öz yaxını barədə məlumat almaq hüququ olmasına baxmayaraq, itkin düşmüş vətəndaşlar barədə 30 il heç bir məlumat əldə etməyiblər, iztirab və həsrət çəkiblər. Bir çoxları isə yaxınları barədə heç bir məlumat edə bilmədən dünyalarını dəyişiblər.