İTALİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ COP29-A HAZIRLIQ PROSESİ MÜZAKİRƏ OLUNUB

İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Luka Di Canfrançesko ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb.