İTALİYADA SOSİAL MEDİA ÜÇÜN YENİ QAYDALAR TƏTBİQ EDİLƏCƏK

İtaliyada sosial media fenomenlərinə ənənəvi media qurumlarının riayət etdiyi qaydalar tətbiq olunacaq.

Sosial media fenomenləri öz məzmunlarını onlayn yayımlayan zaman digər media orqanları ilə eyni qaydalara riayət etməli olacaq. Onların fəaliyyətinin İtaliya Rabitə Təşkilatının nəzarəti altında olacağı bildirilib. Yeni qaydalar ilkin olaraq sosial media platformalarında bir milyondan çox izləyicisi olanlara tətbiq ediləcək.

İtaliya Rabitə Təşkilatının rəhbəri Ciakomo Lasorella bildirib ki, artıq sosial media fenomenlərinin azad paylaşım dövrü geridə qalacaq. Təşkilat sosial mediada böyük izləyici kütləsi olan fenomenlərin fəaliyyətinə nəzarət edəcəyik. Daha sonra bu, daha az izləyicisi olanlara şamil olunacaq.

Sosial media fenomenləri müxtəlif brendlərlə reklam əməkdaşlıqlarını açıq şəkildə bəyan etməsələr və ya biznes maraqlarını açıqlamasalar, böyük cərimələrlə üzləşəcəklər. Bu qaydalara riayət etməyənləri müxtəlif sanksiyalar və 250 min avroyadək cərimə gözləyir.