
Enerji resurslarının şaxələndirilməsi zərurəti yaranıb. İtaliyanın enerji təhlükəsizliyini təmin etmək planları var. Bu gün Azərbaycan İtaliyanın əsas tərəfdaşlarından biridir.
Bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, iki ölkə arasında təkcə enerji sahəsində deyil, digər iqtisadi sahələrdə də yüksək səviyyəli əməkdaşlıq var.
