İtaliyanın “KmetroO” saytı Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsindən bəhs edən məqalə yayıb.
Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı Sərəncam imzaladığı bildirilir. Qeyd olunur ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat ayrılıb.
Materialda, eyni zamanda, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-İslam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrıldığı bildirilir.