İTALİYA SAHİLLƏRİNDƏ 4,8 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

İtaliyanın Kalabriya regionunun şimal-qərb sahillərində 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) episentri Tirren dənizində, Kosenza şəhərindən 46 kilometr qərbdə olan yeraltı təkanların 266 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Zəlzələ Cetraro və Poala əyalətlərində hiss edilib. Dağıntılar və dəyən ziyan barədə məlumat verilməyib.