İTALİYA MEDİASI RƏCƏB TAYYİB ƏRDOĞANI G20 SAMMİTİNİN “QALİBİ” ADLANDIRIB

İtaliya mediası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada başa çatan G20 (“Böyük iyirmilik”) sammitinin “qalibi” adlandırıb.

İtaliyanın ən tirajlı və populyar qəzetlərindən biri olan “Corriere della Sera” qeyd edir ki, Türkiyə Prezidenti sammitdə ən çox “tələb olunan” iştirakçılar sırasında olub.

Nəşr vurğulayır ki, sammit zamanı bir çox liderlər Türkiyə dövlət başçısı ilə danışıqlar aparmağa çalışıblar: “Əgər hazırkı G20-nin “qalibi” varsa, o zaman o, böyük ehtimalla Rəcəb Tayyib Ərdoğandır”.

“Affariitaliani” xəbərlər saytı qeyd edir ki, G20 sammiti Türkiyə Prezidenti üçün uğurlu olub: “G20 sammiti T.Ərdoğan üçün uğurlu oldu. O, əsl qalibdir”.