İTALİYA KİV-LƏRİ DƏ İRƏVANDA AZƏRBAYCAN BAYRAĞININ YANDIRILMASINDAN YAZIB

İtaliyanın aparıcı kütləvi informasiya vasitələrində Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması ilə bağlı məqalələr yayımlanıb.
“Rai” və “Agenzia Nova” informasiya agentliklərinin yaydığı məqalələrdə Azərbaycan idmançılarının çempionatda iştirakının qeyri-mümkün olduğu və onların Ermənistanı tərk edərək Gürcüstandan keçməklə ölkəyə qayıtdıqları bildirilib.
Yazılarda Azərbaycanın Dövlət Bayrağının yandırılmasına kəskin etirazını bildirdiyi qeyd olunub. Video və fotoların təqdim olunduğu xəbərlərdə Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin birgə bəyanat yaydıqları, bəyanatda bu hadisənin “barbar hərəkət”, etnik nifrət və irqçiliyin sübutu kimi sərt şəkildə qınandığı vurğulanıb.