İSVEÇRƏ TEHRANDAKI SƏFİRLİYİNƏ HÜCUMLA BAĞLI AZƏRBAYCANA BAŞSAĞLIĞI VERİB

İsveçrə Tehrandakı səfirliyinə hücumla bağlı Azərbaycana başsağlığı verib.

Bu barədə İsveçrənin Azərbaycandakl səfirliyi “Facebook” səhifəsində yazıb.

“Azərbaycanın Tehrandakı səfirliyinə bu günkü hücumu nəticəsində bir əməkdaşın həlak olması, ikisinin yaralanması ilə bağlı İsveçrənin Bakıdakı səfirliyi dərin hüznlə baş sağlığı verir və yaralılara tezliklə sağalmağı arzulayır”, – deyə bildirilib.

Xatırladaq ki, 27 yanavar Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.