
İsveç Türkiyəyə tətbiq etdiyi silah ixracı embarqosunu aradan qaldırıb.
Bu barədə İsveçin Strateji Məhsullar Müfəttişliyinin qərarında deyilir.
Qeyd olunur ki, qərara əsasən, Türkiyəyə silah və hərbi avadanlıqlar, o cümlədən, elektron və texnoloji qurğular ixrac edilə bilər.
Bundan başqa, o da vurğulanır ki, embarqonun aradan qaldırılması qərarı İsveçin NATO-ya üzvlüyü ilə əlaqədardır.
İsveç 2019-cu ildə Türkiyəyə silah embarqosu tətbiq etmişdi.