İSVEÇ KRALI PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

İsveçin Kralı XVI Karl Qustav 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm”.