
İstilik enerjisindən istifadə qaydaları təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Qərara əsasən istilik enerjisindən istifadə qaydaları müəyyən edilmiş, enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yaranan qarşılıqlı münasibətlər və bununla əlaqədar digər məsələlər tənzimlənib.
İstilik enerjisindən istifadə qaydaları istehlakçıların istilik təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi, sayğacların quraşdırılması və istismarı, istehlakçı və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələrini, istilik və isti su təchizatı xidmətlərinin dayandırılması hallarını, istilik və isti su təchizatı xidmətlərindən istifadəyə görə hesablaşma məsələlərini müəyyən edir.