İSTANBULUN SABİHA GÖKÇEN HAVA LİMANINDA BÜTÜN ƏMƏLİYYATLAR DAYANDIRILIB

İstanbula yağan güclü qar səbəbindən Sabiha Gökçen hava limanında da əməliyyatlar dayanıb.

Əməliyyatların dayandırılması ilə əlaqədar Pegasus Hava Yollarına məxsus Trabzon-İstanbul və Ərzurum-İstanbul təyyarələri bir müddət ətrafda uçuş etdikdən sonra İzmir Adnan Menderes Hava Limanında enib.

Havaya qalxacaq təyyarələr uçuş-enmə zolağından “z” dayanacağına qayıdıblar.

Qeyd edək ki, Dövlət Hava Limanları Təşkilatı İdarə Heyətinin sədri və baş direktoru Hüseyn Keskin İstanbul Hava Limanının bağlanma müddətinin saat 13.00-a qədər uzadıldığını açıqladı.