![](https://mtm.az/wp-content/uploads/2022/04/fire_turkey_290422.jpg)
Türkiyənin İstanbul şəhərində boya fabrikində yanğın baş verib.
Hadisə nəticəsində 3 nəfər həlak olub, daha 9 nəfər isə xəsarət alıb.
Hadisə İstanbulun Tuzla rayonunda baş verib. Yanğının qarşısının alınması üçün çoxlu sayda yanğınsöndürən cəlb edilib.
Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.