İstanbulda güclü qar yağması ilə əlaqədar hava limanlarının işində fasilələr yaranıb.
“Yeni Şafak” xəbər verir ki, İstanbul hava limanında təyyarələrin uçuşu 1 saatlıq dayandırılıb.
Qeyd olunur ki, bu müddət ərzində uçuş-eniş zolaqlarının təmizliyi aparılacaq.
Eyni zamanda, Sabiha Gökçen hava limanında da bir sıra uçuşların ləngidiyi deyilir.
Sinoptiklərin məlumatına əsasən, ötən gündən etibarən İstanbulda başlayan güclü qar çərşənbə gününə kimi davam edəcək.