
İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb.
Bu barədə Türkiyə Sahil Təhlükəsizliyi Baş İdarəsi açıqlama yayıb.
Bildirilib ki, qərar əlverişsiz hava şəraiti ilə əlaqədardır.
“Saat 17:50-dən etibarən boğazda gəmilərin hər iki istiqamətdə hərəkəti müvəqqəti olaraq dayandırılır”, – məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl İstanbulda aviareyslər də hava şəraitinə görə ləğv edilmişdi.
