İSTƏNİLƏN HƏRBİ TƏXRİBATLAR BUNDAN SONRA DA ADEKVAT CAVABLANDIRILACAQ – XİN

Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn hər hansı hərbi təxribatlar bundan sonra da adekvat şəkildə cavablandırılacaq.

Bu Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd edilir.

XİN Ermənistan tərəfinin revanşizm mövqeyindən çıxış edərək hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyir:

“Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı yönələn hər hansı təhdidlər və hərbi təxribatlar bundan sonra da adekvat şəkildə cavablandırılacaqdır.

Allah şəhidlərimizə rəhmət eləsin!” – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər hərbi qulluqçumuz isə yaralanıb.