İŞSİZLİKDƏN SIĞORTA FONDUNUN 2026-CI İL BÜDCƏSİ TƏSDİQLƏNİB – FƏRMAN

“İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi” haqqında qanunu təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Qanuna əsasən, İşsizlikdən sığorta fondunun (İSF) 2026-cı il üzrə xərcləri 266 400 000,0 manat məbləğində təsdiq ediləcək.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar olacaq:

– işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000,0 manat;

– işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000,0 manat.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.