İŞSİZLİKDƏN SIĞORTA FONDUNUN 2023-CÜ İL BÜDCƏSİ TƏSDİQLƏNİB

Prezident İlham Əliyev İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qanuna əsasən, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun büdcəsi bu ilə nisbətən 31,1 milyon manat və yaxud 17,25% çox – 212,7 milyon manat olacaq.