İSRAİLİN SƏFİRİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ ANIB

İsrailin Azərbaycandakı səfiri Corc Dik Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anıb.

Bu barədə səfirliyin “Twitter” səhifəsində məlumat verilib.12:47Sabahaddin

Səfirliyin açıqlamasında deyilir: “Biz regionda sülh üçün dua edirik və həlak olanların ailələrinə başsağlığı veririk”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.