İSRAİLİN AZƏRBAYCANDAKI SƏFİRİ AĞDAMA SƏFƏR EDİB

Bu gün İsrailin Azərbaycandakı səfiri Corc Dikin başçılıq etdiyi nümayəndə heyəti Ağdama səfər edib.

Bu barədə Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov özünün “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib, şəhərin yenidənqurma planı haqqında ətraflı məlumat verilib.