
Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və xanımı Mixal Hersoq mayın 30-da Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
İsrail Prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.




