İSRAİL ORDUSU HƏMASIN İSTİFADƏ ETDİYİ TUNELƏ ZƏRBƏLƏR ENDİRİB

İsrail ordusu Qəzza zolağında Həmas hərəkatının istifadə etdiyi tunelə zərbələr endirib.

Zərbə Beyt-Hanun şəhərində yerləşən obyektə endirilib.

Bundan başqa, Qəzza zolağının şimalındakı Cəbaliyyə bölgəsində Həmasın raket qurğuları məhv edilib.

Qeyd edək ki, mayın 10-dan etibarən İsraillə Fələstin arasında başlayan münaqişə nəticəsində 260-dan çox şəxs həlak olub.