İSPANİYA KRALI SARAQOSADA MEDİAFORUMDA – AZƏRBAYCAN KİV-LƏRİ DƏVƏT OLUNANLAR SIRASINDA

İspaniyanın Saraqosa şəhərində dünyanın aparıcı media ictimiayyətinin iştirakı ilə nüfuzlu forum Ümumdünya Xəbər Mediası Konqresi işə başlayır.

Bu il konqresin fəxri prezidentləri İspaniya kralı VI Filipp və kraliça Letisiyadır.

Azərbaycanı bu tədbirdə Trend Beynəlxalq İnformasiya Agentliyi və “Azernews” qəzeti təmsil edəcək.

Builki forumda 75 ölkədən mindən çox nəşrin nümayəndələri iştirak edir. Konqres çərçivəsində “World Media Leaders Summit”, “World Editors Summit”, “Women In News Summit” konfransları keçiriləcək, eləcə də “Golden Pen of Freedom – 2022” mükafatı təqdim olunacaq.

Konqres iştirakçıları müasir KİV-lərin inkişafı ilə bağlı məsələləri, jurnalistlərin qarşısında dayanan çağırışları, KİV-lərin biznes modelinin müasir tələblərə uyğunlaşması və digər məsələləri müzakirə edəcəklər.