İSMAYILLIYA MÖVSÜMÜN İLK QARI YAĞIB

İsmayıllı rayonunun şimal dağ kəndlərinə mövsümün ilk qarı yağıb.

Dünən günorta saatlarından başlayaraq yağan qarın qalınlığı Zərnava, Qalacıq və Əhən kəndlərində 3-5 santimetrə çatıb. Yağan qar təbiətə xüsusi gözəllik qatıb. Ətraf aləmin, xüsusilə meşələrin qarlı mənzərəsi göz oxşayır.

Qeyd edək ki, Zərnava kəndi dəniz səviyyəsindən 1360, Qalacıq kəndi 1200, Əhən kəndi isə 1600 metr yüksəklikdə yerləşir.