İSMAYILLIDA ZƏLZƏLƏ BAŞ VERİB

Fevralın 27-də İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 09.16-da baş verən zəlzələnin maqnitudası 3,3 olub. Zəlzələ ocağı Yerin 46 kilometr dərinliyində yerləşib.