İSMAYILLI RAYONUNDA ZƏLZƏLƏ OLUB

İsmayıllı rayonunda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, yeraltı təkanlar saat 22:46-da İsmayıllı stansiyasından 4 kilometr şimalda, İsmayıllı rayonunda qeydə alınıb.

Maqnitudası 2,9, dərinliyi 7 kilometr olan zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.