İSMAYIL SERAGELDİN: AZƏRBAYCANIN COP 29-A EV SAHİBLİYİ BİZİ MƏMNUN EDİR

Kyoto Protokolunun bağlanmasından 30 ilə yaxın müddət keçib. Geriyə baxsaq, 1997-ci ildə iqlim tullantılarının qarşısını almaq üçün ilk səylərin başladığı zamanla indiki vaxt müqayisə oluna bilməz.

Bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin iyunun 19-da Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimində deyib.

Azərbaycanın bu il COP 29-a ev sahibliyi etməsinin onları məmnun etdiyini vurğulayan İ.Serageldin bildirib: “Biz komandamızla sıx işləyirik, müzakirələr aparırıq. Biz həm Pakistanda, həm də Hindistanda 52 dərəcədən yuxarı rekord istini gördük, bu da bir insan üçün inanılmaz dərəcədə çətindir. Ümumiyyətlə, qlobal istiləşmə, iqlim dəyişikliyi bütün bəşəriyyət üçün çox ciddi problemdir”.