İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin müsahibədə iştirak etməsi üçün ərizə qəbulu iyulun 22-dən 28-dək aparılıb və bu müddət ərzində 103 nəfər qeydiyyatdan keçib. Abituriyentlər buraxılış vərəqəsini Dövlət İmtahan Mərkəzinin saytından çap edə bilərlər.
Mərkəzdən bildirilib ki, islamşünaslıq ixtisası üzrə Dini Psixoloji Komissiya avqustun 1-3-də Azərbaycan İlahiyyat İnstitutunda (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, 29) fəaliyyət göstərəcək.
İştirakçılar vərəqədə qeyd olunan tarixdə saat 09:00-da şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılacaq.
Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər.