
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld ilə görüş keçirib.
ANAMA-dan bildirilib ki, görüşdə, tərəflər işğaldan azad edilmiş ərazilərdə icra olunan genişmiqyaslı minatəmizləmə və əlaqəli şəkildə aparılan bərpa-yenidənqurma fəaliyyəti, eləcə də minatəmizləmə sahəsində yerli və beynəlxalq təşkilatların mümkün iştirakı barədə müzakirələr ediblər.
Görüş əsnasında Azərbaycanda mina təhlükəsi ilə mübarizə fəaliyyətinə Böyük Britaniyanın dəstəyi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
