İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRDƏ ÜÇ GÖMRÜK POSTU İSTİFADƏYƏ VERİLİB

İşğaldan azad olunan ərazilərdə gömrük postları istifadəyə verilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Twitter” səhifəsində yazıb.

“İşğaldan azad olunan ərazilərdə gömrük xidmətinin təşkili üçün Qubadlı rayonu ərazisində “Qubadlı”, Zəngilan rayonu ərazisində “Qazançı” və Füzuli rayonu ərazisində isə “Füzuli beynəlxalq hava limanı” gömrük postları yaradılaraq istifadəyə verilib”, – S.Mehdiyev yazıb.