İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN TOPOQRAFİK XƏRİTƏLƏRİNİN HAZIRLANMASI İŞLƏRİ APARILIB

İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırma ehtiyaclarının təmin olunması üçün topoqrafik xəritələrin hazırlanması işləri aparılıb.

Bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclasında məlumat verilib.

Bildirilib ki, eləcə də bu rayonlarda yerli tikinti və inşaat materialları ehtiyatları qiymətləndirilib, bərpa-quruculuq işlərində istifadə üçün təklif edilib.

Qeyd edək ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Energetika, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Turizm Agentliyinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.