İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRƏ BÖYÜK QAYIDIŞLA BAĞLI QANUN LAYİHƏSİ HAZIRLANACAQ

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırlanacaq.

Bu, İnsan hüquqları komitəsinin 2023-cü il iş planına daxil edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev 16 noyabr 2022-ci il tarixdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu baxımdan, Böyük Qayıdışla bağlı qanun layihəsinin hazırlanması zəruri hesab edilir.