İŞĞALDAN AZAD EDİLƏN ƏRAZİLƏRDƏ DAHA 64 MİNA AŞKARLANIB

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.

Qeyd edilib ki, ötən həftə – 18-24 dekabr tarixlərində 11 tank əleyhinə mina, 53 piyada əleyhinə mina, 307 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 487.7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.