İŞ VƏ İSTİRAHƏT GÜNLƏRİNİN YERLƏRİ DƏYİŞDİRİLİB

Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.

Müvafiq sənədi baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.