İRİ ŞİRKƏTLƏR “TWİTTER” İLƏ ƏMƏKDAŞLIĞI DAYANDIRIB

“Twitter”də reklam verən iri şirkətlərin böyük hissəsi əməkdaşlığı dayandırıb

“Coca-Cola”, “Unilever”, “Wells Fargo” kimi brendlər də daxil olmaqla təxminən 625 şirkət “Twitter” ilə yollarını ayırıb.

Oktyabrdan yanvarın 25-nə qədər şirkətin aylıq reklam gəliri 60%-dən çox azalaraq 127 milyon dollardan 48 milyon dollara düşüb.

Bildirilir ki, buna səbəb sosial şəbəkənin yeni sahibi İlon Maskın reklam siyasəti olub.