İRAQ MEDİASI AZƏRBAYCANDA DİNİ TOLERANTLIQ MÜHİTİ BARƏDƏ YAZIB

İraq mediasında Azərbaycanda dini tolerantlıq mühiti barədə məqalə dərc edilib.

Məqalənin müəllifi iraqlı tədqiqatçı Mutəzz Muhi Əbdülhəmid Azərbaycanda dini konfessiyalar arasında tarixən formalaşmış tolerant münasibətin mövcud olduğunu qeyd edir. Bakıda keçirilmiş “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransda iştirakı barədə təəssüratlarını da qələmə alan müəllif Azərbaycandakı dini tolerantlığın bir sıra ölkələr üçün nümunə olduğunu diqqətə çatdırır.

Məqalədə ölkəmizin dini sahədə sabitliyə nail olunmasında, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasında və islamafobiya ilə mübarizədə əldə etdiyi nailiyyətlərdən danışılır. Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətindən sitatlar gətirilir.