İRANLI NAZİR: SÜLH İÇİNDƏ YAŞAMAĞA NAİL OLMAQ ÜÇÜN MƏDƏNİYYƏTLƏRARASI LAYİHƏLƏRƏ EHTİYAC VAR

Bizim dünya xalqlarının fərqliliklərini qəbul etməyimiz sülh şəraitində yaşamağımız üçün çox vacibdir. Bütün insanlar bərabər hüquqlara malik olmalıdırlar.

Bunu İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən nazirlərin 5-ci görüşündə deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar sülh və əmin-amanlığın qorunması məsələsi ilə məşğul olmalıdır. “Sülh içində yaşamağa, birlik və bərabərliyə nail olmaq üçün bir çox mədəniyyətlərarası layihələrə ehtiyac var. Həmçinin çoxmillətli, çoxdinli ölkələrdə də belə platformalara ehtiyac duyulur”, – deyə nazir diqqətə çatdırıb.