İRANIN YENİ PREZİDENTİ AND İÇİB

İranın yeni prezidenti İbrahim Rəisi parlamentdə and içib.

Yerli vaxtla 17:00-da başlanan andiçmə mərasiminə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10 ölkə prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri qatılıb.

Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti də İran prezidentinin inauqurasiya mərasimində iştirak edib.

Qeyd edək ki, iyunun 18-də İranda 13-cü prezident seçkiləri keçirilib. İ.Rəisi 17,9 milyon (61,9%) səslə prezident seçkilərində qalib elan olunub.