İRANIN XİN BAŞÇISI ERMƏNİSTANIN TÖRƏTDİYİ SON TƏXRİBATLAR BARƏDƏ MƏLUMATLANDIRILIB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan regional məsələləri müzakirə ediblər.

Bunu C.Bayramov “Twitter”də yazıb.

Onun sözlərinə görə, İranın XİN başçısı ilə regional məsələlərlə yanaşı, ikitərəfli əlaqələr barədə də fikir mübadiləsi aparıblar.

C.Bayramov İranın xarici işlər nazirini Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə məlumatlandırıb.