İRANIN MİLLİ İRS, ƏL İŞLƏRİ SƏNAYESİ VƏ TURİZM NAZİRİ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

İranın milli irs, əl işləri sənayesi və turizm naziri İzətullah Zərqami gələn həftə Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində iranlı nazirin bir sıra rəsmi şəxslərlə görüşləri keçiriləcək.

Görüşlərdə turizm sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, tarixi və dini abidələrin bərpası və digər məsələlər müzakirə olunacaq.

Səfər çərçivəsində əməkdaşlığa dair sənədin imzalanması da nəzərdə tutulub.