İRANIN İDMAN VƏ GƏNCLƏR NAZİRİ BAKIYA GƏLİR

Bu gün İranın idman və gənclər naziri Həmid Səccadi Azərbayana səfər edəcək.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

İkigünlük səfər çərçivəsində iranlı nazir İslam Əməkdaşlıq Təşkilatının gənclər və idman nazirlərinin daimi şurasının iclasında iştirak edəcək.

H.Səccadi həmçinin bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müzakirə olunacaq.